İsmayıllı Rayon Prokurorluğu sevdiyi qıza görə özünü yandıran gəncin intihar olayına aydınlıq gətirib.
Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, Elnur Dəmirov İsmayıllı xəstəxanasında olanda polisə izahat verib və manqalın üstünə yıxılıb yandığını deyib: “Burada vəziyyəti ağırlaşdı, Bakıya apardılar. Vəziyyəti pis olsa da, ağlı başında idi, danışırdı. Dedi ki, özünü öldürmək kimi bir niyyəti olmayıb”.
Prokurorluqdan onu da əlavə ediblər ki, E.Dəmirovun sevdiyi qızı ona verməmələri ilə bağlı yayılan məlumatlar şayiədir: “Orada başqa məsələlər var. Elnur bir qadına vurulub, onun da 40 yaşı var. Həmin qadının da Elnur boyda uşağı var. Elçiliklə bağlı yayılan məlumatlar hələki təsdiqini tapmayıb. Bütün bunlar araşdırılacaq və onun yanmasının əsl səbəbi sonra bilinəcək”.
***
15:15
İsmayıllı rayonunda dəhşətli intihar hadisəsi baş verib.
AzVision.az-ın məlumatına görə, ötən gün rayon sakini 29 yaşlı Elnur Dəmirov özünü yandıraraq həyatına qəsd edib.
Ağır yanıq xəsarətləri alan gənc Respublika Yanıq Mərkəzinə gətirilib. Vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
“Xəstənin vəziyyəti çox ağır idi. Onun həyatını xilas etmək üçün əlimizdən gələni etdik. Təəssüflər olsun ki, yardımlarımıza baxamayaq, xəstə dünyasını dəyişdi”-deyə xəstəxanadan bildirilib.
Əldə etdiyimiz məlumata görə, Elnur Dəmirov sevdiyi qıza görə intihar edib. Sakinlərin sözlərinə görə, 29 yaşlı oğlan özün sevdiyi qızın evinin qarşısında yandırıb.
“Elnur həmin qızla ailə həyatı qurmaq istəyirdi. Amma qızın valideynləri buna razı deyildilər. Elnur sevdiyi qıza qovuşa bilmədiyi üçün bir neçə dəfə özünü öldürəcəyini demişdi. Heç kim buna inanmırdı. O, sonucu dəfə sevdiyi qızgilə gedib, bu dəfə də razılıq ala bilməyib. Bundan qəzəblənən Elnur üstünə benzin törərək yandırıb”.