Özbəkistanla Rusiya arasında 27 milyard dollarlıq anlaşma imzalanıb

0
746

Rusiya ilə Özbəkistan arasında baştutan bölgələrarası birinci forumda iki ölkə kompaniyaları, idarə və təşkilatları arasında 27 milyard dollar həcmində 800 anlaşma imzalanıb.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, son illərdə Rusiya şirkətlərinin xarici ölkələrlə imzaladığı ən  iri həcmli anlaşmadır. İki ölkə şirkətləri arasında imzalanan anlaşmalardan 609-u ticari-iqtisadiyyat sahəsindədir. Belə anlaşmaların həcmi 6,2 milyard dollar təşkil edir. 20,8 milyard həcmində olan anlaşmalar isə qarşılıqlı sərmayə qoyuluşlarının payına düşür.

ABŞ-ın və müttəfiqlərinin Rusiyaya tətbiq etdiyi sanksiyaların daha da genişləndirildiyi və sərtləşdirildiyi bir vaxtda Moskva-Daşkənd arasında qarşılıqlı investisiya qoyuluşunun artması isə öz növbəsində Qərbə verilən ən layiqli cavab hesab edilir.

Ekspertlərin fikrincə Rusiya ABŞ sanksiyalarının təsirini azaltmaq üçün faktiki olaraq Özbəkistan və digər MDB ölkələrinin iqtisadiyyatını nəzarət altına almaq və  istismar etmək siyasətini həyata keçirir. Belə bir fikir vurğulanır ki, MDB məkanı ölkələrinin iqtisadiyyatının Rusiya tərəfindən müxtəlif adlar altında işğal edilməsinin arxasınca siyasi zəbt etmə planı işə düşəcək.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Özbəkistana səfəri başlayıb. Səfər çərçivəsində Putinin prezident Şövkət Mirziyayevlə və digər rəsmilərlə görüşləri gözlənilir. Görüşlərdə iki ölkə arasında iqtisadi, ticari, həmçinin hərbi əlaqələrin daha da genişləndirilməsi məsələlərinin əsas müzakirə obyekti olacağı gözlənilir.

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN