Özbəkistanda prezident səlahiyyətlərinin icrası baş nazir Şövkət Mirziyoyevə tapşırılıb.
Bu barədə Özbəkistan parlamentinin hər iki palatasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
Xatırladaq ki, Mirziyoyev 2003-cü ildən bəri baş nazir vəzifəsində çalışır. Bundan əvvəl o, Cizak və Səmərqənd vilayətlərini qubernatoru olub.
Qeyd edək ki, Konstitusiyaya əsasən prezident səlahiyyətləri Senatın sədri Niqmatulla Yuldaşevə keçməli idi.