Öz ölümünü də görən almandan ŞOK PROQNOZ: Sarı əjdər gələcək, Qızıl şəhər məhv olacaq – FOTOLAR

0
719

Öz ölümünü də görən almandan ŞOK PROQNOZ: Sarı əjdər gələcək, Qızıl şəhər məhv olacaq

Adi mədən işçisinin Üçüncü Dünya Müharibəsilə bağlı verdiyi dəhşətli proqnozlar nə dərəcədə doğru ola bilər? İnansaz da, inanmasaz da Alois İrlmaierin gələcəklə bağlı dediklərini dünyanın siyasi vəziyyətilə qarşılaşdıranda narahat olmalı bir çox məqam ortaya çıxır.

1894-ci ildə Almaniyada doğulan İrlmaier peşəkar qazmaçı, mədən fəhləsi olub. İrlmaier eyni zamanda, gələcəkdən xəbər verən kahin kimi tanınırdı. O, İkinci Dünya Müharibəsi boyunca bombalanacaq bölgələr və itkin düşmüş insanların tapılması məsələsində olduqca dəqiq proqnozlar vermişdi.

Publika.az xəbər verir ki, qeyri-adi istedadının qazandırdığı şöhrət ona çoxsaylı problemlər də yaşatdı. Müxtəlif cinayətlərin araşdırılmasında onun proqnozlarından istifadə edilib. Ancaq bu məşhurluq onun başına iş açdı. Irlmaieri özünə düşmən bilən insanlar daha sonra onu şarlatan, sehrbaz, fırıldaqçı, cadugər və saxtakarlıqda günahlandırdı.

Şikayətlər əsasında məhkəməsi keçirilən İrlmaier saxtakar və cadugər olmadığını hər kəsə sübut edib. O məhkəmədə işi aparan hakimin arvadının həmən gün nə geydiyini və harada olduğunu söyləyib. Hakimin arvadını həyatı boyu görməyən, tanımayan İrlmaierin konkret və dəqiq məlumatları hakimi onun günahsızlığına inandırıb və beləcə sərbəst buraxılıb.

Irlmaier gələcək haqqındakı proqnozlarını sanki film izləyirmiş kimi, dəqiq rəqəmlər, şifrələr, bəzən də natamam şəkildə qeyd edirdi. O, hətta özünün 1959-cu ilin iyul ayında öləcəyini, son sözlərinin isə “Gördüyüm şeyləri yaşamaq məcburiyyətində qalmadan öləcəyim üçün sevinirəm” olacağını demişdi.

Irlmaier Üçüncü Dünya Müharibəsinin Orta Şərqdə başlayacağını deyirdi:

“Hər şey sülhə çağırsa da, hər şey açıq-aydın ortaya çıxır. Orta Şərqdə birdən-birə yeni bir müharibə alovlanır, böyük dəniz qüvvələri dənizdə düşmənlərlə üz-üzə qalır. Vəziyyət olduqca gərginləşir. Amma əsl qığılcım Balkanlarda başlayır. Böyük bir şeyin düşdüyünü görürəm. Dərhal yanında qanlı bir xəncər durur. Ağır zərbələr. İki nəfər sıralamada üçüncü olan birini öldürəcək. Bu iki şəxs başqalarından həmin şəxsi öldürmək üçün pul aldılar. Qatillərdən biri kiçik, balacaboy, qara bir adam, digəri isə nisbətən uzun, açıq rəngli saçları olan adamdır. Məncə, bu hadisə Balkanlarda baş verəcək, amma bunu tam olaraq demirəm. Bu hadisənin intiqamı dərhal ucsuz-bucaqsız su üzərindən gələcək.”

Ancaq sarı əjdər (burada Çin və ya kimyəvi silah nəzərdə tutduğu düşünülür) Alyaska və Kanadanı eyni günlərdə işğal edəcək. İnkişaf çox da uzaq deyil. Daha sonra sarı toz yağışı yağacaq. Bu hadisə Qızıl şəhər məhv ediləndə baş verəcək. Amerika Birləşmiş Ştatlarının “Böyük Şəhəri” (ehtimal olunur ki, paytaxt nəzərdə tutulub) raketlərlə məhv ediləcək və qərb bölgələri asiyalılar tərəfindən işğal ediləcək. Amma bu işğalçıların qarşısı alınacaq”.

İrlmaier proqnozlarına onu da əlavə edib ki, Üçüncü Dünya Müharibəsi mütləq olacaq:

“Dəqiq tarixini deyə bilməsəm də, bəşəriyyət bunu yaşayacaq. Milyonlarla insanın şahid olacağı hadisə baş verəndə göy üzü ulduzlu olacaq. Müharibə, məhsul yığımından əvvəl, heç kimin gözləmədiyi yağışlı bir gecədə başlayacaq”.

Könül Cəfərli

BIR CAVAB BURAXIN