Özəlləşdirmə çeklərinin investisiyada rolu: “İqtisadi fəallığın stimullaşdırılmasına nail olmaq olar”

0
1497

Özəlləşdirmə çekləri ilə bağlı məsələ hələ də aktuallığını qoruyur. Əksər hüquqşünaslar və ictimai nümayəndələr çağırışlar edirlər ki, özəlləşdirmə çeklərini qoruyun. Çünki yeni özəlləşdirmə haqqında qanunda bu çeklərin aqibəti məlum olacaq. Vətəndaşlar isə bu çağırışa əməl edərək ümidlə gözləyirlər.

Məlumat üçün bildirək ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb. Həmin dövrdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Ulu öndər Heydər Əliyevin fərmanına əsasən, 1997-ci il yanvar ayının 1-dək anadan olmuş bütün ölkə vətəndaşlarına artıq miras-əmlak payı olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Vətəndaşlara verilən özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir. Fərmana əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 32-də bir milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Son günlər isə bir sıra ictimaiyyət nümayəndələri özəlləşdirmə çeki sahiblərinə çağırışlar edərək, çeklərini qorumağa çağırırlar.

Onu da qeyd edək ki, əlində çekləri qalan vətəndaşlar haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Məktubda qeyd edilib ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Ümid edilir ki, vətəndaşların tapdanan hüquqlar tezliklə bərpa olunacaq və onlar öz haqqlarından səmərəli şəkildə istifadə edə biləcəklər.

image-img-20220929-wa0045

Mövzu ilə bağlı Odlar Yurdu Universitetinin iqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov Xeberaz.org-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərinin ölkə iqtisadiyyatında inkişafının təmin edilməsi üçün hökumət tərəfindən müvafiq proqram məzmunlu sənəd hazırlanmalı, qanunvericilik bazası təkminləşdirilməlidir:

“Çünki bu gün ölkədə xüsusilə pul kütləsinin və investisiya axınlarının artmasına ciddi ehtiyac var. Özəlləşdirmə çeklərinin hesabına iqtisadi fəallığın stimullaşdırılmasına nail olmaq lazımdır. Təəssüf ki, aidiyyatı dövlət qurumları ekspert cəmiyyətinə kifayət qədər müracitə etmirlər və ona görə də sözügedən istiqamət üzrə hansısa müsbət fəaliyyət nəzərə çarpmır. Halbuki özəlləşdirmə çeklərinin iqtisadi dövriyyəyə aktiv şəkildə qoşulması təmin edilməlidir. Fikrimcə, effektiv mexanizmlərdən biri kimi özəlləşdirmə çeklərinin qiymətli kağızlar şəklində iqtisadiyyatda iştirakına imkan yaradılmalıdır. Bunun üçün dövlət həmin çeklərin əldə olunmasına gedə bilər və emissiya formalaşdırıla bilər. Nəticədə pul kütləsi iqtisadiyyata gələ bilər. Çek sahibləri əllərindəki çeklərin dövlətə satılması hesabına investisiya resursları əldə edə bilərlər. Sözsüz ki, burada müvafiq şərtlər olmalıdır. Bununla da bir investisiya konturunun yaradılmasına getmək olar. Milli iqtisadiyyatda buna ciddi ehtiyac var. Eyni zamanda özəlləşdirmə çeklərinin qüvvəyə minməsi bir sıra sosial problemlərin həllinə dəstək ola bilər. Belə ki, işgüzar fəallığın stimullaşdırılması yeni iş yerlərinin açılması deməkdir. Bu isə ölkədə sosial-iqtisadi tarazlığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir”.

image-img-20220929-wa0046

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc isə öz növbəsində qeyd edib ki, bu gün vətəndaşların əllərində vauçerlər qalıbsa və ölkə iqtisadiyyatında istifadə edilməyibsə, onların istifadəsinin həlli yolu tapılmalıdır:

“Elə edilməlidir ki, çeklər yenidən iqtisadi proseslərin subyektinə çevrilsin. Ayrı-ayrı müəssisələrin özəlləşdirilməsində həmin çeklərdən istifadə edilməsinə ehtiyac var. Qanuna görə, özəlləşdirilən dövlət əmlakının 65 faizinin payçıları vətəndaşlar olmalı idi. Çeki olan şəxsin hansısa müəssisənin özəlləşdirilməsində pay sahibi olmaq hüququ var idi. Lakin o vaxtı bu proses baş vermədi. Əllərində çeki qalan insanların probleminə aydınlıq gətirilməsi üçün məsələyə məntiqli yekun vurulmalıdır. Ötən dövrdən fərqli olaraq, artıq iqtisadi şüur və maarriflənmə səviyyəsi olduqca fərqlidir. Özəlləşdirmə çeklərindən istifadə etmək iqtidarında olan, investisiya prosesində payçılıq və iştirakçılıq hüququnu dəyərləndirə bilən insanların sayı artıb. Ona görə də istifadəsiz qalan 6 milyondan çox özəlləşdirmə çekinin istifadəsi bərpa olunmalıdır. Fikrimcə, parlament və icra strukturları qərarlar qəbul etməlidir”.

Özəlləşdirmə payı və özəlləşdirmə çeklərinə aid müqayisəli hüquqi təhlil ilə ətraflı məlumatları təqdim edirik:

https://ayna.az/ozellesdirme-ceklerinizi-suya-atmayin

https://ayna.az/diqqet-ozellesdirme-cekleri-qanunla-quvvededir

https://ayna.az/dovriyyede-qalan-ozellesdirme-ceklerinin-qanuni-ve-faktiki-qiymeti

https://ayna.az/dovlet-ozellesdirme-ceklerinin-qiymeti-ve-manipulyasiyalar

Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/