Övladlığa verilmiş 200 azərbaycanlı uşaq geri alınıb

0
620

Azərbaycanda hər il xeyli kimsəsiz uşaq müxtəlif ailələr tərəfindən övladlığa götürülür. Övladlığa götürülən 3 yaşına qədər uşaqlar Səhiyyə Nazirliyinin, 3 yaşdan yuxarı uşaqlar isə Təhsil Nazirliyinin nəzdindəki müəssisələrdə yaşayanlardır. Lakin bir sıra hallarda övladlığa götürülən uşaqların heç də hamısının bəxti gətirmir. Və məhkəmələr vasitəsilə övladlığa götürülən uşaqlar barədə qərarlar ləğv edilir. Bu, övladlığa götürənin davranışları və digər səbəblərdən baş verə bilir.

Modern.az son bir neçə ildə övladlığa götürülməsi barədə qərarlar ləğv edilən uşaqların sayını dəqiqləşdirib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ildə 60, 2014-cü ildə 69 nəfər uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib. 2015-ci ildə isə 66 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib. Bəxti gətirməyən 1-17 yaşlı bu uşaqlardan 30-u qız, 36-sı isə oğlandır.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə 961, 2014-cü ildə 918, 2015-ci ildə 805 uşaq övladlığa götürülüb.

BIR CAVAB BURAXIN