“Siz elə zənn etməyin ki, Azərbaycan Qarabağı tutmaq istəmir, onun arzıları daha genişdir. Qarabağı, Süniki (Zəngəzuru-red.), vaxt getdikcə İrəvanı tutmağı arzulayır”-deyə, erməni hərbçi bildirib.
Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa HüseynovModern.az-a bildirib ki, Azərbaycan Ordusu bu gün regionun ən müasir və güclü ordusudur:
“Belə bir güclü ordusu olan dövlət Zəngəzuru da alar və hələ o tərəfə də keçər. Bu gün dünya siyəsti bizdən tələb edir ki, qan tökmədən bu işi yoluna qoyaq. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev də o məsələlərə sadiq qalaraq, qan tökmədən, münaqişəni sülhlə həll etmək üçün hələlik bu yolu seçir. Əgər sülh yolu ilə torpaqlarımızı geri qaytara bilməsək, Ali Baş Komandanın əmri ilə güclü ordumuz torpaqlarımızı işğaldan azad edəcək. Biz artıq 25 ildən çoxdur ki, dözürük. Bu gün dünya güclü ordusu və prezidentinin uzaqgörən siyasəti olan dövlətlə hesablaşırsa, deməli o erməni generalının qorxmağa haqqı var”.