“Öpüşürlər, sevişirlər, uşaq da baxır” – İzzət

0
666

"Öpüşürlər, sevişirlər, uşaq da baxır" -  İzzət

  
“İndi uşaqları tərbiyə etmək çətindir. Bizim dörd-beş oyuncağımız var idi, bir kanalı izləyirdik”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İzzət Bağırzadə “10-dan sonra” verilişində deyib.

İfaçı oğullarından, onları tərbiyə etməsindən söz açıb:

“İndi uşaq ana ilə oturub bütün türk seriallarına baxır. Orda öpüşürlər, sevişirlər, uşaq anaya qışqırır, evdən qaçır, narkoman olur… Uşaq da buna baxır. Sonra girir telefonda axtarır baxır. Bunun qarşısını almaq mümkün olmur. Mən bununla mübarizə aparıram. Böyük oğlumun 7, əkizlərin isə 5 yaşı var. Çox nadincdirlər. Evə istədiyim an qonaq gətirə bilmirəm. Gərək kimisə evə aparanda dörd saat əvvəldən deyim ki, onların dağıtdıqlarını təmizləsinlər. Böyük oğlum məktəbdən gələndə deyir, ata namaz qılaq. Artıq öyrənib, məndən görüb götürüb. Uşaq evdə araq şüşəsi, siqaret, dava görəndə onu götürür. Mən uşaq yanında heç paltar da dəyişmirəm”.

BIR CAVAB BURAXIN