“Opinion Way”: “Exit poll”un nəticəsinə görə İlham Əliyev 86,53% səs toplayıb

0
594

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

 

APA-nın məlumatına görə, nəticələr aşağıdakı kimidir:

 

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev – 86,53%;

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,10%;

 

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 2,92%;

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,81%;

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1, 73%;

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,21 %;

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1, 03%;

 

“Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0, 67%;

 

“Exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.

BIR CAVAB BURAXIN