“Onun arvadı, mənim məşuqəm olarsan”

0
639
BBC-nin məşhur jurnalisti Fəridə Rüstəmova Rusiyada zorakılığa məruz qaldığını bildirib.

Fəridə BBC-nin Rusiya üzrə nümayəndəliyində işləyir və siyasətçi Leonid Slutski tərəfindən zorakılığa məruz qaldığını bildirib. Jurnalist 1 il əvvəl baş vermiş hadisənin səsyazısını təqdim edib.

Jurnalist Leonidlə parlamentdə görüşüb. Söhbət əsnasında siyasətçi Rüstəmovaya BBC-dən çıxıb onun yanında işləməyi təklif edir. Rüstəmova isə ona rədd cavabı verir. Siyasətçi isə “məndən uzaq gəzirsən, məni öpmək istəmirsən, ürəyimi qırırsan” deyib.

Jurnalist siyasətçiyə sevgilisi ilə evlənməyi planlaşdırdığını bildirib. Slutski isə “Əla, onun arvadı mənim məşuqəm olacaqsan”,- deyib.

Fəridə Rüstəmova Slutksinin ona tərəf yaxınlaşaraq fiziki təcavüz etdiyini də bildirib.

Rusiya parlamenti Dumasının sədr müavini Slutski isə ittihamları rədd edərək məhkəməyə müraciət edəcəyini bildirib.(olke.az)

BIR CAVAB BURAXIN