İngiltərəli Klayv və Luiza Endryus on uşaq tərbiyə edirlər. Böyük fiziki və maliyyə xərclərinə baxmayaraq ailə hələ on birinci uşağ da istəyirlər. Onların yeddi oğlu və üç qızı var. İki evləri var. Ailənin böyük oğlu Bredlinin 17 yaşı var və o, artıq avtomobil də idarə edir.
Uşaqların anası 34 yaşlı Luiza həftədə 35 dəfə paltar yuyur. Bundan başqa qadın şirkətdə işləyir. Qadın evdə olmayanda isə, uşaqlara 50 yaşlı ata Klayv baxır. On birinci işağı dünyaya gətirməyi çox arzulayan Luizanın ürəyində problem var. Amma, buna baxmayaraq qadın uşaq dünyaya gətirməkdə israrlıdı.
Ailənin qızları Frenki və Çelsi isə düşünür ki, onların evində yetərincə uşaq var.
Moderator.az xarici mediaya istinadən çox uşaqlı ailənin fotolarını təqdim edir.
Vasif Əlihüseyn