Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir
Çağdaş dövrdə “gender bərabərliyi” mövzusu olduqca aktualdır. Gender bərabərliyi insan hüquqlarının təmin edilməsində əsas şərtlərdən biridir. Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Ölkə vətəndaşlarının cins, irq, din, milliyyətindən asılı olmayaraq qanun qarşısında bərabər olduqları və eyni məsuliyyəti daşıdıqlarını bilmək vacibdir. Qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması sağlam ailə institutunun inkişafı üçün də mühüm addım sayıla bilər. Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Bütün bu nailiyyətlərin əsas hissəsi müstəqillik dövrünün payına düşür. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Ölkəmizdə bu sahədə qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində xeyli işlər görülüb. Azərbaycanın müvafiq təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Beynəlxalq əməkdaşlığa önəm verən ölkəmiz bütün sahələrdə çox məsuliyyətli tərəfdaş olduğunu sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qərarların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. Dayanıqlı inkişaf məqsədlərində gender bərabərliyinin mühüm amillərdən biridir və bu məqsədlərin həyata keçirilməsinə dair mühüm qərarlar qəbul edilib, qadın sahibkarlığı, gender bərabərliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı mühüm qanunvericilik bazası var və onun nəticələri də görünməkdədir. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Bu prosesi daha da sürətləndirmək üçün bir sıra qanunlar qəbul edilib, tədbirlər planı həyata keçirilib və keçirilməkdədir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova