Ölkə dağılır, xalq acından ölür, Qarabağ…

0
671

Ermənistan böyük ticarət mərkəzinə çevrilib.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Rusiyada yaşayan erməni ekspert Arbak Xaçaturyan deyib.

“Taşir” Şirkətlər Qrupunun energetika sferasına investisiya yatırması normaldır, ona görə ki, bu sahə problemsiz və gəlirlidir. İnsanların yarısı Ermənistandan qaçır, emiqrasiya yüksək həddə çatıb, işsizlik dəhşətli vəziyyət yaradıb. Bu vəziyyətdə energetika sahəsinə yatırılan 1 milyardlıq investisiya insanları çox da maraqlandırmayacaq. Hökumət vacib problemləri kənarda qoyub, Ermənistanda ticarət mərkəzləri açır. Bütün Ermənistan ticarət mərkəzinə çevrilib. Əhalinin böyük hissəsi Rusiyada iş axtarır. Bu investisiya daxili oyundur və hakimiyyətin əldə saxlanılmasına yönəlib. Ermənistanda iqtisadiyyat yoxdur. Hansısa sənayeyə yatırım edib, iqtisadiyyatı inkişaf etdirmək, həyat səviyyəsini yaxşılaşdırmaq əvəzinə energetika sferası və ticarət mərkəzlərinə pul qoyulur. Bu investisiya kiminsə piarına xidmət edəcək”, – deyə o bildirib.

Ekspert müsahibəsi zamanı Ermənistanda hakimiyyəti əldə saxlayan Qarabağ klanını sərt tənqid edib, onları kəndçi adlandırıb:

“Bir zamanlar mənim Ermənistanda vacib obyektlər almaq üçün imkanım var idi, amma bir mağaza belə almadım. Daha sonra insanlar gəldi və hər şeyi oğurladılar. Bu qədər kəndçinin haradan peyda olduğunu, onların ölkəni nəyə çevirdiklərini bilmirsən. İndi onlar bir-biriylə savaşırlar.

Hazırda geosiyasi faktorlar çox dəyişir. Bu, Qarabağ məsələsinə də aiddir. Bu, həm də ölkənin daxili siyasətinə təsir edir. Bir qəpiyi belə olmayan, Qarabağdan gələn prezident Rusiyanın səhmlərini alır, biznesinə milyonlar yatırır, amma prezident olduğu ölkədə xalqı acından ölür. Onlar bu gün soyqırım və Dağlıq Qarabağ məsələsindən xalqı kölə vəziyyətində saxlamaq üçün istifadə edirlər”.

Onun sözlərinə görə, Ermənistanda gələn il kimin baş nazir olacağı qərarını İrəvan təkbaşına verməyəcək:

“Gələn il üçün planlar hökumətdən asılı deyil. Əgər Türkiyə və Rusiya münasibətlərini gücləndirsə, siz Qarabağ problemi ilə bağlı nə olacağını deyə bilməyəcəksiniz. Ermənistanın burnunun ucunda Bak-Tiflis-Qars dəmiryolu açılıb. Ermənistanın hansı vəziyyətdə olacağını müzakirə edən varmı? Sərkisyan və ətrafı ticarət mərkəzinin rəhbərliyini xatırladır. Onların sabah nə qərar verəcəyi naməlumdur”.

BIR CAVAB BURAXIN