Oliqarxların uşaqları hakimiyyətə necə hazırlanır

0
827

Rusiyada Kremlə yaxın oliqarxların törəmələrindən ibarət yeni elita yetişir. Virtualaz.org xəbər verir ki, bu barədə Vaşinqtonda mənzillənən Atlantic Council-in baş elmi əməkdaşı Anders Auslundun “Project Syndicate”də dərc edilmiş məqaləsində deyilir.

Məqalədə deyilir ki, Putinin hakimiyyətə gəlişindən sonra Yeltsin dövrünün oliqarxları bir-biri sıradan çıxarıldıqları kimi onların törəmələri də tədricən Rusiyanı tərk etdilər. Onların yerini isə hazırda Kremlə yaxın oliqarxların törəmələri tutur. Belələrinin bir çoxu heç 40 yaşlarını haqlamadan milyarderə çevriliblər. Oliqarxların uşaqları ali məktəbləri bitirən kimi dərhal  iri şirkətlərdə və dövlət korporasiyalarında yüksək vəzifələr tuturlar. Bir-iki pillə yüksələndən sonra vitse-prezident vəzifəsi və ya rəhbərliyə yaxın olan digər postlar əldə edirlər.

Məsələn, Rusiyanın ən iri oliqarxlarından biri, milyarder Arkadi Rotenberqin böyük oğlu İqor “Qazprom qazma” şirkətinin majoritar səhmdarıdır. İkinci oğlu Roman isə “Qazprombank”ın vitse-prezidentidir. “Bank Rossiya”nın rəhbəri, oliqarx  Yuri Kovalçukun oğlu isə dövlət mülkiyyətində olan “İnter RAO” energetika holdinqinin rəhbəri olub.

Putinin KQB-dən olan dostlarının törəmələri də bu cür başgicəlləndirici karyeraya malikdir. Məsələn, prezident administrasiyasının eks-rəhbəri, general Sergey İvanovun oğlu 25 yaşında “Qazprombank”ın vitse-prezidenti olub, bu ilin martında isə cəmi 36 yaşında “Alrosa” dövlət almaz korporasiyasının prezidenti kreslosunda oturub.

“Rosneft” dövlət şirkətinin prezidenti, “boz kardinal” İqor Seçinin oğlu cəmi 25 yaşı olsa da atasının şirkətində departament direktorunun müavini təyin edilib. Ona baxanda FTX direktoru Aleksandr Bortnikovun 37 yaşında VTB-Bankın idarə heyətində yer alan oğlu Denis əməlli-başlı “yaşlı, müdrik” adamdır.

Auslund qeyd edir ki, Kremlə yaxın bütün oliqarxlar və iri məmurlar sistemli şəkildə öz törəmələrini sanballı vəzifələrə yerləşdirirlər. Beləliklə də atalarının istefaya gedəcəyi halda onları əvəzləyən yeni elita formalaşdırılır.

Analitik yazır ki, əslində bunda yeni və təəcüblü heç nə yoxdur. Bütün dövlərdə həmişə siyasi və iqtisadi elita öz törəmələrini ən pullu, ən mühüm vəzifələrə yerləşdirməyə çalışıblar. Məsələ ondadır ki, güclü dünyanın uşaqlarının yüksək mövqeləri tutması sanballı qohumları və valideyinləri olmayanlar üçün sosial lifti kəsməli deyil. Virtualaz.org

BIR CAVAB BURAXIN