Oksana Elşad Xosenin həbsini tələb edir-video

0
817
Rəqqasə və aktrisa Oksana Rəsulova “Xəzər maqazin” proqrama Elşad Xose ilə bağlı açıqlamalar verib.
Keçmiş həyat yoldaşı, reper Elşad Xosedən danışan sənətçi onun həbs olunmağına çalışdığını söyləyib:
“Məhkəmə olacaq. İnşallah, nəticə mənim xeyrimə bitəcək. Mənə Elşad Xose haqda heç sual verməyin. Artıq Elşad və Oksana heç vaxt bir arada olmayacaq. Bu məhkəmə ilə hər şey bitəcək.
Məni Elşadın nə həyatı, nə şəxsiyyəti, nə insanlığı maraqlandırır. Ortada döyülməkdən başqa şeylər var. Döyülməkdən də üstündür. O, cəzasını çəkməlidir və çəkəcək. Mənim məhkəmədən tələbim qarşı tərəfin haqqı olmadığı halda, mənə qarşı addım atmasının cəzasını çəkməsidir.
Hörmətlə yanaşdım, filmə dəvət etdim, dəstək oldum. Normal qəbul etmədi. Danışdıqca pis oluram. Məndən uzaq olsun. Hətta ona nifrət edirəm, onun haqda danışmayaq”.
Oksana “Mələyin öpüşü” filmini Elşada görə kinoteatrlarda yayımdan qaldırdığını etiraf edib:
“Mənə bir milyon versələr də, Elşadla bir araya gəlmərəm. Hətta davadan sonra “Mələyin öpüşü” filminin kinoteatrlardakı yayımını dayandırdım”.

BIR CAVAB BURAXIN