Oğuz-Qəbələ-Bakı su kəmərində təhlükə yarandı

0
618

İyunun 12-də İsmayıllı rayonuna yağan aramsız yağış və dolu Oğuz-Qəbələ-Bakı su kəmərinin rayon ərazisindən keçən hissəsində təhlükə yaradıb.
Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, sel və dolu nəticəsində Oğuz-Qəbələ-Bakı su kəmərinin rayonun Kürdmaşı kəndi ərazisindən keçən 66-cı kilometrliyi sel suları nəticəsində yuyulmaya məruz qalıb. Hazırda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev hadisə yerindədirlər. Rəsmilər hadisə yerinə baxış keçirirlər.

BIR CAVAB BURAXIN