Oğlunu hərbi xidmətə yola saldı – Özünü asdı

0
584

Samux rayon Lək kənd sakini, 1973-cü il təvəllüdlü Rüstəm Məmmədov bu gün səhər saatlarında yaşadığı evin həyətində mal-qara saxladığı tövlədə özünü asıb.

Bu barədə kəndin icra nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, iki qızı, bir oğlu olan R. Məmmədovun heç kimlə problemi olmayıb və kənddə yaxşı bir insan kimi tanınıb. Sentyabrın 11-də onun oğlu hərbi xidmətdən 10 günlük mənzuniyyətə gəlib. İntihardan bir gün əvvəl isə ata oğlunu öz hərbi hissəsinə yola salıb.

Hərbi xidmətdə olarkən cərrahiyə əməliyyatı keçirdiyi üçün mənzuniyyətə gələn oğlu isə gələn ay hərbi xidməti başa vurmalıdır. R. Məmmədovun cansız bədənini mərhumun məktəbli qızı və həyat yoldaşı tapıb. Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sputnik.az

BIR CAVAB BURAXIN