Oğluna Hitlerin adını verdi: İndi 6 il həbsdə yatacaq

0
618

Böyük Britaniyada oğluna Adolf Hitlerin adını verən valideynlər ağır şəkildə cəzalandırılıblar.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Skay Nevvs (Sky Nevvs) telekanalının yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, 22 yaşlı Adam Tomas oğlunu Adolf Hitlerın şərəfinə Adolf adlandırdığı üçün 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həyat yoldaşı Klaudiya Patatas isə 5 il həbsdə yatmalı olacaq. İttihama görə Tomas və Patatas ölkədə neonasist ideyalarını təbliğ ediblər. Onlar övladlarına da Adolf adını Hitlerə pərəstiş etdikləri üçün veriblər. Ər-arvad həmçinin Böyük Britaniyada qadağan edilən neonasist Milli aksiya təşkilatının üzvü olmaqda günahkar hesab ediliblər.