Donald Tramp oyun bitmədən ağlamağa başlayıb. Ona tövsiyyəm budur ki, ağlamağı kəssin və səsləri qazanmağa çalışsın.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Barak Obama Ağ Evdə təşkil edilən mətbuat konfransı zamanı deyib.
O, Trampın seçkilərin saxlaşdırılması ilə bağlı iddiasını əsassız adlandırıb:
“Tramp saxtakarlıq mövzusunu israrla gündəmə gətirərək demokratik prosesə zərbə vurmaq istəyir. O, prezident olmağa layiq biri deyil və lazımi xüsusiyyətləri özündə daşımır. Trampa səslənirəm: Daha oyun bitmədən ağlamağa başlayırsan”.
Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Viskonsin ştatında çıxışı zamanı seçkilərin saxtalaşdırıldığını bildirmişdi.