“O səs Türkiyə”yə getmək üçün 1000 dollar rüşvət istəyirlər – İTTİHAM

0
675

Azərbaycanlı gənc müğənnilərin ən çox müraciət etdiyi yarışmalardan olan “O ses Türkiyə”dən narazılıq var.

Gənc müğənni Mehman Elmanoğlunun verdiyi məlumata görə, yarışmaya qatılmaq üçün azərbaycanlılardan rüşvət tələb olunur. Onun dediyinə görə, bu addım son vaxtlar ölkəmizdən bu yarışmaya kütləvi qatılmaların qarşısını almaq üçün atılıb: “Mənim dostlarımdan biri bu yarışmaya getmək üçün forumu doldurdu, sonra ona zəng gəldi ki, səni Türkiyəyə dəvət edirik ancaq yarışmaya qatılmaq üçün 1000 dollar (1600 manat) pul verməlisən”

Mehman Elmanoğlu deyib ki, bu xəbəri eşidən sonra yarışmaya qatılmaqdan imtina edib: “Əslində, mən də ora getmək istəyirdim, ancaq bu xəbər məni sarsıtdı və “O ses Türkiyə”yə olan inamım öldü”

Qeyd edək ki, “O ses Türkiyə”yə xarici ölkələrdən ən çox Azərbaycandan müraciət olur, həmyerlimiz Elnur Hüseynov bir neçə il öncə bu yarışmanın qalibi olub. Məhz bundan sonra Türkiyə mediası yarışmanı və yarışmanın təşkilatçısı Acun Ilıcalını kəskin tənqid etmişdir. Görünən budur ki, təşkilatçılar xarici ölkələrdən gələnlərin qarşısını almaq üçün belə addım atıb. (azxeber.com)

BIR CAVAB BURAXIN