“O səs Türkiyə”nin qalibi erməni çıxdı?

0
728


 

Ötən gün “O səs Türkiyə” mahnı müsabiqəsinin qalibi məlum olub. Belə ki, ilk olaraq 6 finalçı səhnəyə çıxaraq öz performanslarını sərgiləyiblər.

Musavat.com xəbər verir ki, daha sonra səsvermə olub. Sona Gökhan-Hakan qardaşlarının komandasından Rəsul, Hadisənin komandasından Dodan adlı iştirakçı qalıb. Finalda “Bir ayrılık,bir yoksulluk, bir ölüm”, “Hüma kuşu” və “Haydar Haydar” parçalarını səsləndirən Dodan qalib olub. İştirakçısının qalib olmasını Hadisə göz yaşları ilə qarşılayıb və sevincini tamaşaçılarla bölüşüb.

Fərqli ifa tərzi ilə tamaşaçıları və münsifləri heyran edən, altı il sonra Hadisəyə çempionluq qazandıran ifaçının kimliyi, özəl həyatı tamaşaçıların marağına səbəb olub.

Dodan Özər kimdir?

Dodan Muşun Varto mahalında anadan olub. 38 yaşı var. Hazırda İstanbulda yaşayır. Musiqi ilə məktəb vaxtlarından başlayaraq məşğul olub. Özər 1997-ci ildə Murat Öztürk ilə “Dodan Project” adlı qrupu qurub. O, daha əvvəl “Muro” filmində rol alıb və ekran işində türkü söyləyib. Dodan kürd dilində ifa etdiyi mahnılarla da diqqət çəkib.

Dodan Özər türk, kürt, yoxsa ermənidir?

Performansı ilə diqqət çəkən “O səs Türkiyə”nin qalibinin milliyyəti haqda isə müxtəlif fikirlər səsləndirilir. Bəziləri onun kürd, bəziləri isə erməni olduğunu iddia edir.

İfaçının milliyəti haqda ilk dəfə “Gazete duvar” qəzetinin redaktoru Əli Duran Topuz öz köşəsində yazıb. O, “Dodanın parçalandığı an” başlıqlı yazısında musiqiçinin çıxdığı proqramda kürd olduğunu gizlətdiyini qeyd edib və kürdcə albomlarının olduğundan bəhs etməməsini tənqid edib:

“Dodan adının mənasını söyləyərkən kürdcədən bəhs etməməsi qəribədir. Adının “Dünəndən qalan zaman” mənasını verdiyini deyir, amma hansı dildən tərcümə olunduğunu gizlədir. İfaçı ilk dəfə adını söylərkən münsiflər “Doğudan” (Şərqdən) olaraq anladılar. “Doğudan” demək kürd deməməyin bir yoludur. İştirakçı adının Doğudan deyil də, Dodan olduğunu dedi və mənasının “Dünəndən qalan zaman” olduğunu bildirdi. Amma jüri hansı dildən tərcümə olunduğunu soruşmadı. Dodan da susdu. Kürdcə albomunun olduğunu, repertuarının kürd mahnılarının təşkil etdiyini söyləyə bilmədi. Əlbəttə, bu da yaralayıcı haldır”.

İfaçının milliyyəti haqda digər versiya da erməni olmasıdır. Lakin o milliyyəti haqda açıqlama verməsə də, 2012-ci ildə qonaq olduğu proqramların birində özünü belə təqdim edib:

“Muşun Varto rayonunda Dodan adlı kənd var. Siirtdə də bu adda bir yaşayış yeri mövcuddur. Nə qədər doğru olduğunu bilmirəm, amma bildiyimə görə, Varto 1914-ci ilin əvvəlində ermənilərin sıx olaraq məskunlaşdığı yerlər olub. Cümhuriyyət qurulandan sonra bütün adlar dəyişdiyi kimi, bəlkə, buraların adı dəyişib və günümüzə Dodan olaraq gəlib. Dodan sözünün mənasını “Dünəndə qalan zaman” mənasını verir”.

 

BIR CAVAB BURAXIN