Rusiya amerikanların qitələrarası hipersəs raket silahı (səsin sürətindən bir neçə dəfə sürətlə uçan) üzərində apardıqları fəaliyyətlərdən narahatdır. Pentaqonun dili ilə desək, “qeyri-nüvə sistemli sürətli qlobal zərbə” (Conventional Prompt Global Stike) Vaşinqtona nüvə silahından istifadəyə birincı baş vurmadan, Moskvanı tərksilah etməyə imkan verəcək.
Bu arada isə, ruslar özlərinin strateji hipersəs silahlarını hazırlayırlar. Moskvadakı Karnegi Mərkəzinin hərbi məsələlər üzrə eksperti Vladimir Dvorkin yeni məruzəsində yazır:“Qitələrarası hipersəs silahının hazırlanması xüsusi həyəcan yaradır. Məsələn, bir çox rusiyalı rəhbərlər və mütəxəssislər güman edirlər ki, hipersəs silahının ABŞ-da yerləşdirilməsi qlobal zərbə vurulması effektliliyini ciddi şəkildə artıracaq və Vaşinqtona imkan verəcək ki, Rusiyanın strateji nüvə güclərinə qeyri–nüvə zərbəsi endirsin”.
Vaşinqtonun Rusiya üzərində (əvvələr isə Sovet İttifaqı) nüvə üstünlüyü əldə etməsinə cəhd göstərməsinə Kremlin ehtiyatla yanaşması heç də yeni bir şey deyil. Əslində isə əgər Sovet rəhbəri Mixayıl Qorbaçov prezident Ronald Reyqanın Strateji Müdafiə Təşəbbüsünə (SMT) etiraz etməsəydi, soyuq müharibə daha tez qurtara bilərdi. Onu bildirmək lazımdır ki, iki lider 1986–cı il İslandiya sammitində nüvə silahının ləğvi məsələsində demək olar ki, razılığa gəlmişdilər, lakin yeganə əngəl SMT olmuşdu
(Strateji Müdafiə Təşəbbüsü nüvə başlıqlı raketlərə qarşı kosmosda müdafiə sistemlərinin yaradılması deməkdir. SMT dedikdə ABŞ prezident Ronald Reyqan dövründə tez-tez səslənən ulduz müharibələri yada düşür).
1990-cı ildə R.Reyqan özünün “Reagan and Gorbachov: How the Cold War Ended (Reyqan və Qorbaçov: Soyuq müharibə necə qurtardı) kitabında xatırlayır: “Reykyavikdə mənim nüvə silahı olmayan dünya haqqındakı ümidlərim müəyyən bir müddətə buxarlandı, sonradan isə ümumi yekunda, mənim prezidentlik dövrümün uzun və çətin bir dövründə kəskin şəkildə aşağı düşdü”.
Qorbaçov sadəcə olaraq, Reyqanın təkilf etdiyi kimi, Amerikanın Sovet İttifaqı ilə SMT texnologiyasını paylaşacağına inanmırdı. Əslində isə Dvorkinin analızı göstərir ki, Reyqanın SMT proqramına görə, Sovet İttifaqı hipersəs silahının üzərində 1983-cü ildən aktiv şəkildə işləməyə başlamışdı.
Onu qeyd etmək lazımdır ki, ilk mənbədən gələn informasiyaya söykənən ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı və ABŞ-ın Sovet İttifaqındakı səfiri Metlokun fikrinə görə, Sovet hərbi komandanlığı SMT-ni texniki baxımdan yerinə yetirilməsi mümkün olmayan konsepsiya hesab edirdi. Dvorkin yazır: ”SSRİ SMT-ya qarşı bir sıra simmetrik və asimmetrik addımlarla cavab verib. Bunların içərisində sonuncusu “Albatros” raket sistemi olub. Bu sistemin digər adı “Proyekt-4202”-dir”.
Xüsusilə vurğulamaq gərəkdir ki, Dvorkinin analizindən belə bir nəticəyə gəlinir ki, ”Albatros” üzərində işlər Sovet İttifaqının dağılması ilə dayanmayıb və bu gün də davam etdirilir. Dvorkin yazır: ”Nəzəri baxımdan kompleksin konstruksiyası çox sadədir. Əldə edilən məlumata görə, ”Albatros”un ilk uçuş sınağı 1991-92-ci illərdə, əlavə yoxlama uşuşları isə 2001 və 2004-cü illərdə həyata keçirilib”.
Rusiyanın planlaşdırılmış hipersəs silahını döyüş cərgəsinə qəbul etdikdən sonra, onu qitələrarası ballistik “Sarmat” və ya daha kiçik ölçüyə malik “Topol M” mobil kompleksində quraşdırmaq mümkündür. Amma paradoks ondan ibarətdir ki, ”Albatros” SMT texnikası ilə mübarizə üçün nəzərdə tutulub və idarə edilən döyüş blokları adi “Patriot” tipli raket əleyhinə silahlar və ya mütəhərrik yerüstü baza kompleksləri üçün asan hədəf halına gələ bilər. Lakin bu problemin həll edilməsi üçün konstruktorların bir neçə variant və metodları var. Həmin variantlar Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərindən yayınmağa imkan verir. Dvorkinin fikrinə görə, bu metodlar “Albatros”larda da istifadə olunur.
Hərçənd ki, Moskva özünün hipersəs sistemləri üzərində işləsə də, Kreml, Amerikanın və Çinin hipersəs silahlarının zərbə vura biləcəklərindən qorxur. Amma hər halda Rusiyanın ABŞ hipersəs silahlarından qorxmasının əsası yoxdur. Bəzi ABŞ rəsmiləri kimi Dvorkin də iddia edir ki, Pentaqonun qeyri-nüvə qlobal eksperimental zərbə silahı, sürətli hərəkət edən mühüm hədəflərə qarşı nəzərdə tutulub. Digər tərəfdən isə ABŞ çətin ki, Kreml rəhbərliyinə zərbə vurmağa cəhd göstərsin.
Dvorkin yazır: ”Bu cür zərbə, komanda mərkəzini sıradan çıxarır və böyük saydakı strateji və operativ nüvə silahı sistemi mərkəzini nəzarətdən məhrum edərək, onu başsız qoyur. Belə bir vəziyyət proqnozlaşdırılmayan nəticələrə gətirib çıxarar. Həm də ki, Sovet strateji nüvə silahı istənilən halda cavab zərbəsi vurmaq qabiliyyətinə malik olub. Ona görə də ABŞ Rusiyanın yüksək komanda mərkəzinə hipersəs silahı ilə zərbə vurmağı planlaşdırmır”.
Hipersəs silahları çətin ki, Rusiya və ya Amerikanın nüvə potensialına təhlükə törətsin. Lakin Dvorkin güman edir ki, Vaşinqton, Moskva və Pekin bu silahın hazırlanması məsələsində bir-birləriylə məsləhətləşmələr aparmalıdır. Bu barədə Dvorkin yazır: ”Hipersəs silahı üzrə Rusiya, ABŞ və Çinin üçtərəfli məsləhətləmə aparması çox faydalı olardı. Bu tərəflərə hipersəs silahı haqqında daha dəqiq təsəvvür yaradılmasına və onun yerləşdirilməsinə çəkilən xərclərin miqyası barəsində düzgün məlumat verəcək. Zamanla bu cür məsləhətləşmələr, bütün növ dəqiq sistemli uzunmənzillli qeyri-nüvə silahlarının sayının minimuma endirilməsi məsələsində siyasi rəhbərliyə kömək olcaq”.
(The National İnterest-ABŞ)