Rusiya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) casusluq edən norveçli şəxsi saxladığını açıqlayıb.
Bu barədə Norevçin NRK telekanalı məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həmin şəxsin Rusiya donanmasına aid gizli məlumatları ABŞ-a ötürdüyünü üzə çıxarıb.
Məlumatı Norveç Xarici İşlər Nazirliyi də təsdiqləyib. Casusun 60 yaşlı olduğu bildirilsə də, kimliyi açıqlanmayıb. Onun daha öncə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatında çalışdığı bildirilib.Moderator.az