Norveç Futbol Federasiyası Azərbaycan yığmasına məğlubiyyətə görə iclas çağırıb

0
643

Komandanın seçmə mərhələdəki çıxışları müzakirə olunacaq

Yaxın vaxtlarda Norveç Futbol Federasiyasının (NFF) İcraiyyə Komitəsi ölkə yığmasının çıxışına qiymət verəcək.

“Report”un məlumatına görə, bu barədə NFF-in prezidenti Terye Svendsen qurumun rəsmi saytına açıqlama verib. O bildirib ki, hələ 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Azərbaycan yığmasına 0:1 hesablı məğlubiyyətdən sonra belə bir qərar qəbul edilib. Sadəcə, San Marino ilə 11 oktyabr matçını da gözləmək lazım gəlib. “Cırtdan ölkə” üzərində 4:1 hesablı qələbə də federasiyanı niyyətindən döndərməyib.

T.Svendsenin fikrincə, İcraiyyə Komitəsi yığmanın nəticələrinin NFF-in ambisiyaları ilə uzlaşmaması səbəbindən bir araya gəlir: “Çexiya ilə növbəti oyunumuzadək bir neçə həftə vaxt qalıb. Ona görə də hazırkı vəziyyəti qiymətləndirməliyik. Daha geniş və hərtərəfli qiyməti çexlərlə qarşılaşmadan sonra verəcəyik. İcraiyyə Komitəsi başa düşür ki, mətbuat və futbolsevərlər narahatdır. Bununla belə, biz tənzimlənmiş qiymətləndirmə prosesi aparırıq”.
Qeyd edək ki, Norveç millisi C qrupunda 3 oyundan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb.

 

BIR CAVAB BURAXIN