Norveçə qaçmış azərbaycanlı jurnalist göyərti satır

0
676
 

“Zerkalo” qəzetinin və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun keçmiş əməkdaşı, Norveçə köçmüş İdrak Abbasov göyərti yetişdirməklə məşğuldur.

NAV və “Midt-Telemark Næringsutvikling” ictimai təşkilatları əsas məqsədi Norveçdə yaşayan qaçqınların iş probleminin həlli olan layihə yaradıblar. Hazırda keçmiş azərbaycanlı jurnalistdən savayı, layihədə Suriyadan, Keniyadan və Eritreyadan səkkiz nəfər iştirak edir.

“Torpaqdan masaya” layihəsinin meneceri Mari Svalostorq qeyd edir ki, müxtəlif ölkələrdən gəlmiş jurnalistlər və yazıçılar heç bir təcrübi qabiliyyətə malik deyillər. Buna görə də, onlar qaçqınları real və faydalı əməyə öyrətmək niyyətindədirlər.

Layihə itirakçıları müxtəlif ot və göyərtilərin yetişdirilməsi ilə məşğul olur, sonradan isə məhsullarını yarmarkalarda satırlar. Məsələn, İdrak Abbasov 7 cür göyərti yetişdirir.

“Öz ölkəmdə mən jurnalist və hüquq müdafiəçisi idim. Lakin məni orada izləyirdilər və Norveçə getdim. Azərbaycana geri qayıtmaq istəmirəm, buna görə də, işləyirəm”, – norveçli jurnalistlərə müsahibəsində İdrak Abbasov bildirib.

BIR CAVAB BURAXIN