“Nokia” gələn il iki smartfon istehsal edəcək

0
677

Finlandiyanın “Nokia” şirkəti gələn ilin ikinci rübündə “Android” əməliyyat sistemi ilə çalışan iki smartfon istehsal etməyi planlaşdırır.

Bu barədə “Nokiapoweruser” portalı “Microsoft” korporasiyasının Asiya-Sakit Okean regionu üzrə mobil cihazlar sahəsinin direktoru Ceyms Ruterfordun bəyanatına istinadən məlumat verib.

Yeri gəlmişkən, daha öncə məlum olub ki, “Nokia” Barselona şəhərində gələn il keçiriləcək “MWC 2017” sərgisində iştirak edəcək. Bu sərgidə daha əvvəl də şirkətin bir çox yenilikləri təqdim edilib. Finlandiya şirkəti sərgidə telekommunikasiya avadanlıqlarının istehsalçısı kimi iştirak edəcək.

Bundan başqa, məlumdur ki, “Nokia” brendi ilə məhsullar yeni “HMD Global Oy” şirkəti tərəfindən istehsal olunacaq və satılacaq. Bu yaxınlarda bu şirkət əqli mülkiyyət üçün lisenziya əldə edib.

BIR CAVAB BURAXIN