Nişanlı qızın intiharı ilə bağlı təfərrüat – Toyu olacaqdı, hamilə imiş…

0
711

Nişanlı qızın intiharı ilə bağlı təfərrüat

Saatlıda intihar edən 17 yaşlı nişanlı qızla bağlı yeni təfərrüat hər kəsi sarsıdıb.

Axar.az-ın əldə etdiyi məlumata görə, rayonun Musalı kəndində yaşayan 17 yaşlı Minarə Səmədova 4 aylıq hamilə olub.

Məlumata görə, qızın hamilə olduğunu bilən hər iki ailə uşağın götürülməsi üçün Saatlı rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 4 aylıq dölün götürülməsinə etiraz edən 17 yaşlı nişanlı qız intihar edib.

Məlumata görə, intihar edən Minarə öz istəyi ilə nişanlanıb. Bu yaxınlarda cütlüyün toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Saatlı rayonu Musalı kənd sakini, 17 yaşlı Minarə Yaşar qızı Səmədova həyətyanı sahədəki tikilidə özünü asaraq intihar edib.

Səmədovlar ailəsinin 5 övladı var. Ailənin 3-cü qız övladı olan Minarə Səmədova özünü hində asıb və onun asılı vəziyyətdə qalmış meyitini anası tapıb.

BIR CAVAB BURAXIN