Nikolas Maduro Maduro Donald Trampı ağılsız adlandırıb

0
592

Prezidenti Nikolas Maduro Donald Trampın Venesuelaya hərbi qüvvə göndərilməsinin mümkünlüyü ilə bağlı dediklərini ağılsızlıq adlandırıb.

Arazinfo.com-un euronevvs-ə istinadən verdiyi xəbərə görə, Maduro XXI əsrdə müharibədən söz açmanın sağlam məntiqə sığmadığını vurğulayıb. Venesuela Xarici işlər nazirliyindəki çıxışında Maduro: “XXI əsrdə müharibədən danışmaq ağılsızlıqdır. Hətta qoşunlarınızı bizim torpaqlarımıza göndərmək barədə fikirləşməyin özü  belə ağılsızlıqdır. cənab Donald Tramp. Çünki qoşunlarınızı göndərmək istədiyiniz ölkəni müdafiə etmək istəyənlər tapılacaq”,-deyib.

Xatırladaq ki, ötən gün Donald Tramp Venesuelaya ABŞ qoşunlarının göndərilməsinin mümkün  ola biləcəyini bəyan edib.