Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 16-da tutduğu vəzifəsindən istefa verəcək.
Mediainfo.az-ın verdiyi məlumata görə bu barədə Nikol Paşinyan “France24″ telekanalına müsahibəsində bildirib: ” Ermənistanda növbədənkənar parlament seçkiləri 9-10 dekabrda baş tutacaq. Ona görə də mən oktyabrın 16-da tutduğum vəzifədən istefa verəcəyəm”.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə növbədənkənar parlament seçkilərində iştirak etmək üçün vəzifəli şəxs kimi Paşinyanın istefası tələb olunur. Əks halda o, seçkilərdə iştirak edə bilməz.