SSRİ-nin rəhbərlərindən biri olmuş Nikita Xruşovun nəvəsi, 1940-cı il təvəllüdlü Yuliya Xruşova Moskvada faciəvi şəkildə ölüb. 77 yaşlı qadın “Solneçnaya” stansiyasında “Vnukovo-Moskva” marşrutu üzrə hərəkət edən elektrik qatarının altına düşərək hadisə yerində keçinib.
İnsidentin təfərrüatları açıqlanmır.
Xruşova Yuliya Leonidovna 1940-cı ildə gələcəkdə SSRİ-nin Sov.İKP MK Baş katibi olacaq Nikita Serqeyeviç Xruşovun oğlu Leonid Xruşovun ailəsində dünyaya gəlib. Leonid Xruşov itkin düşdükdən sonra Nikita Xruşov nəvəsini övladlığa götürüb. APA