İsrail baş naziri Netanyahu BMT Baş Assambleyası üçün getdiyi Nyu-Yorkda tualetə 20 qoruma altında gedərək, “sıxlığa” səbəb olub. Moderator.az xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahu Nyu-Yorkdakı BMT Baş Assambleyasının 71 -ci toplantısı əsnasında 40 nəfərlik izdihamlı bir qoruma ordusu ilə gəzib. Qorumalarını bir an olsun yanından ayırmayan Netanyahu, tualetə belə onlarla gedib. Ancaq Netanyahunun tualetə getmək üçün tətbiq etdiyi bu təhlükəsizlik tədbirləri şişirdilmiş kimi qiymətləndirilib.
Həyat yoldaşı Sara ilə birlikdə Sherry-Netherland Otelində verilən bir yeməyə qatılan Netanyahuya 20 qoruma yoldaşlıq edib. Şahidlərin sözlərinə görə, Netanyahu “təxminən 20 təhlükəsizlik işçisi”-ylə birlikdə tualetə gedib. Biri qapını qorudu, digərləri isə silahlarını qaldırıb ətdən divar hördü ki heç kim tualetə girməsin, hətta yaxınlaşmasın. N
Netanyahu, hər halda dünyanın ən çox qorunan insanıdır “ deyə bildirilib.