Netanyahu Bakıya 30 nəfərlə gələcək

0
749

İ11

Israilin baş naziri Benyamin Netanyahunun Bakıya gələn həftə baş tutacaq tarixi səfərinin bəzi detalları məlum olub.

İsrail tərəfi bu səfərin proqramı və detalları ilə bağlı şərh vermir. İzRus portalının bildirdiyinə görə, İsrail XİN-in əməkdaşlarına Netanyahunun Azərbaycana və Qazaxıstana səfərini şərh etməyi qadağan ediblər. Bununla belə sayt Azərbaycandakı və Qazaxıstandakı mənbələrdən dəqiqləşdirib ki, Netanyahunu 30 nəfərlik nümayəndə heyəti müşaiyət edəcək. Bura baş nazirin köməkçiləri və müşavirləri, o cümlədən ekologiya naziri Zeyev Elkin daxildir.

Netanyahu Bakıda cəmi bir neçə saat qalacaq, dekabrın 13-də Azərbaycan paytaxtına gələcək və prezident İlham Əliyevlə danışıqlardan sonra həmin gün Qazaxıstana uçacaq. Qazaxıstanda isə səfər proqramı daha genişdir. Orada İsrail baş naziri prezident Nursultan Nazarbayevlə ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. Habelə Senatın rəhbəri ilə görüşəcək. Ertəsi gün dekabrın 14-də Qazaxıstan-İsrail biznes forumu olacaq, forumda iştirak etmək üçün 70-ə yaxın israilli biznesmen Astanaya gələcək.

Virtualaz.org 

BIR CAVAB BURAXIN