Neftdən qazandığımız 123,5 milyard dolların 87,7 milyardını xərcləmişik

0
641

 11

2001-ci ildən bu il noyabrın 1-nə qədər “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından hasil olunan neftdən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ümumi gəliri 121 milyard 30 milyon dollar təşkil edib. Bu ilin ilk 10 ayır ərzindən AÇG-dən əldə olunan gəlir isə 4 milyard 21 milyon dollar olub. “Yeniavaz.az” bildirir ki, bu barədə Neft Fondundan məlumat verilib. Fonddan verilən məlumatda həmçinin qeyd olunur ki, “Şahdəniz” layihəsindən 2007-ci ildən bu il noyabrın 1-nə qədər 2 milyard 506 milyon dollar gəlir əldə edilib və bunun da 64 milyon dolları bu il ərzində əldə olunub. Beləlikə, Neft Fondunun AÇG və “Şahdəniz” layihələrindən əldə etdiyi ümumi gəlirləri 123 milyard 536 milyon dollar olub. Bu ilin ilk 3 rübünün nəticələrinə görə, Neft Fondunda 35 milyar 822 milyon dollar dəyərində valyuta ehtiyatları mövcuddur. Bu isə o deməkdir ki, Neft Fondu 2001-ci ildən bu ilin noyabr ayına kimi 87,7 milyard dollar və ya əldə olunan gəlirlərin 71%-ni xərcləyib. Xərclənən vəsaitin 69,9 milyard dolları və ya 79,7%-i dövlət büdcəsinə transfert olunub. Vəsaitlərin digər hisssi isə müxtəlif layihələrin maliyyələşməsinə yönəldilib. Belə layihələr arasında Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi, Samur-Abşeron kanalının rekonstruksiya edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” maliyyələşdirilməsinə və s. yer almaqdadır.

Məlumat üçün onu da bildirək ki, Neft Fondundan büdcəyə transfert edilən vəsaitlərin ən yüksək səviyyəyə 2013-cü ildə çatıb. Həmin il transfertin həcmi büdcənin 58,2%-nə bərabər olub. Sonrakı illərdə isə transfertin həcmi azalmağa başlayıb. Gələn il transfertin həcminin büdcənin 38,2%-nə bərabər olacağı proqnozlaşdırılır.

BIR CAVAB BURAXIN