Neft Fondunun seçdiyi 9 valyutadan 4-ü dəyərdən düşüb

0
667
epa04395482 A Scottish 10 Pounds Sterling note lies amongst regular British Pound notes in Edinburgh, Scotland, 11 September 2014. Yes and NO camps in the Scottish referendum continue to debate wether Scotland can keep the Pound as its own currency. Five million people are eligible to vote in the September 18 referendum. On the ballot they will be asked a yes or no question: Should Scotland be an independent country? EPA/ANDY RAIN

Funt sterlinq (illüstrasiya).

Funt sterlinq (illüstrasiya).

Dövlət Neft Fondunun (DNF-nin) bu il yanvarın 1-nə aktivləri ötən ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 1,27 faiz azalaraq 33 milyard 147 milyon ABŞ dollarına bərabər olub.

Gəlir xərcləri üstələsə də, azalma baş verib. Fond aktivlərinin azalmasını avro, ingilis funt sterlinqi, türk lirəsi və Çin yuanı kimi valyutaların ABŞ dollarıyla müqayisədə dəyər itirməsinə bağlayıb.

“Diversifikasiyaya böyük önəm veririk”

Fond hər zaman investisiya siyasətində diversifikasiyanın – şaxələndirmənin uğur gətirdiyini bildirib. Bu mövzu Böyük Britaniyanın Avropa Birliyindən ayrılma (Brexit) qərarından sonra da gündəmə gəlmişdi. O zaman DNF-nin icraçı direktoruŞahmar Mövsümov qurumun “Brexit”dən zərər görmədiyini vurğulayaraq, funt sterlinq dəyərsizləşsə də, investisiya olunan digər valyutaların dəyər qazandığına diqqət çəkmişdi: “İnvestisiya portfelimizdə funt sterlinqin payı dəyişməz qalıb. Ümumi portfelimizin 5 faizinin funt sterlinqə yatırılmasının əsas səbəbi diversifikasiyadır ki, biz buna böyük önəm veririk. Biz vəsaitimizi müxtəlif valyutalarda ona görə saxlayırıq ki, baş verən dəyişkənliklər portfelə ciddi təsir etməsin. Çox adam deyir ki, funt sterlinq dəyərdən düşüb. Amma məsələnin başqa tərəfi də var, axı: funt sterlinq dəyərdən düşübsə, deməli, başqa valyutanın dəyəri artıb. Başqa valyuta deyəndə biz dolları nəzərdə tuturuq. Bizimsə portfelimizin 50 faizi dollardadır. Deməli, portfelimizin 50 faizi dəyər qazanıb. Buna görə, biz nisbi valyuta dəyişkənliyini nəzərə almırıq”.

 

Bəs yatırım qoyulan 4 valyuta birdən-birə dəyər itirirsə?

Di gəl, bu dəfə dolların dəyər qazanması yetərli olmaya bilər. DNF aktivlərinin azalmasından da görünür ki, bu dəfə investisiya olunan 9 valyutadan 4-ü eyni zamanda dəyər itirib.

Bu ilin əvvəlinə DNF vəsaitlərinin xarici valyuta və qiymətli metallar üzrə bölgüsü belədir: ABŞ dolları – 29.2 faiz, avro – 34.3 faiz, ingilis funt sterlinqi – 4.8 faiz,

Avstraliya dolları – 0.6 faiz, Türkiyə lirəsi – 1.1 faiz, Rusiya rublu – 1.6 faiz, Koreya vonu – 1.2 faiz (Cənubi Koreya), Çin yuanı – 1.4 faiz, yapon yeni – 1.1 faiz, digər valyutalar 1.3 faiz, qızıl – 3.4 faiz.

 

Diversifikasiya uğursuz oldu?

Belə vəziyyətdə fondun investisiya siyasəti ilə bağlı suallar yaranır. Diversifikasiya siyasəti uğursuzmu oldu? İnvestisiya olunan 4 valyutanın dəyərdən düşməsi nə deməkdir?

İqtisadçı ekspert Rəşad Həsənov fondun mövqeyi ilə razılaşmır: “İngilis funt sterlinqi dünya bazarlarında dolların bahalaşması fonunda dəyər itirmədi. Dəyərsizləşmənin səbəbi “Brexit” idi”

“Avro, funt sterlinq anlaşılandır, bəs rubl, yuan…”

Ancaq ekspert əlavə edir ki, investisiya portfelinin diversifikasiyası hər zaman ən yaxşı variant sayılır: “Özəlliklə funt sterlinqə yatırım əvvəlki dövrlərdə ən doğru yatırımlar sırasında idi. “Brexit” məsələsini isə hətta böyük dövlətlər, qlobal maliyyə institutları və ya beyin mərkəzləri də proqnozlaşdırmaqda çətinlik çəkirdi. Yəni, bu məsələdə fondu ittiham etmək doğru olmaz. Lakin “Brexit”in zərərinin etiraf edilməsi lazımdır, çünki bu, baş verdi”.

R.Həsənov avro və funt sterlinqə yatırımı anlaşılan sayır, amma soruşur: “Bəs, rubl, yuan və ya türk lirəsinə hansı məntiqlə investisiya edilir? Bu valyutalar hazırda dünya bazarlarında ən riskli sayılır”

“Fond “Facebook” və ya “Apple”ın səhmlərinə yatırım etsəydi…”

Ekspertin fikrincə, DNF vəsaitlərinin idarə edilməsi bir az da təkmilləşdirilməlidir, çünki daha çevik investisiya və portfel diversifikasiyası siyasətinə ehtiyac yaranıb: “Əgər fond 2008-ci ildə “Facebook” və ya “Apple”ın səhmlərinə yatırım etsəydi, bu gün aktivlərinin həcmi dəfələrlə çox olardı. Hazırda isə “Tesla” şirkətinin səhmdarı olmaq məntiqli və gələcəkli yatırım sayıla bilər. Doğrudur, hazırda sadaladığım istiqamətlərdə yatırımlar mövcud qanunvericiliklə mümkün deyil, lakin bu imkan təmin olunmalıdır. Çünki neft qiymətlərinin artma ehtimalı yetərincə aşağıdır. Belə olan halda əlavə itkilər yolverilməzdir. Üstəlik, vəsaitlər bir və ya iki faiz deyil, daha yüksək səviyyədə gəlir gətirməlidi

“Aktivlər azalıbsa… investisiya siyasəti uğursuz olub”

İqtisadçı ekspert Zöhrab İsmayıl diversifikasiyanı yalnız aktivləri müxtəlif valyutalarda yerləşdirmək kimi bəsit məsələ saymır: “Fond aktivlərin yerləşdirilməsi zamanı valyuta bazarında baş verəcək trendləri də nəzərə almalıdır. Başqa qabaqcıl suveren fondların təcrübəsini dərindən öyrənməlidir”.

Onun fikrincə, fondun aktivləri azalıbsa, demək investisiya siyasəti uğursuz olub.

BIR CAVAB BURAXIN