“Fiç” (Fitch) beynəlxalq reytinq agentliyi neft hasil edən ölkələrin dövlət büdcələrinin balanslaşdırılması üçün neftin qiymətinin nə qədər olmasını müəyyənləşdirib.
Axar.az xəbər verir ki, agentlik hazırladığı bu siyahıda neftin orta qiymətini 52,5 dollardan götürüb. “Fiç”in müəyyənləşdirdiyi qiymət daha çox Küveytlə Qətərə sərf edib. Belə ki, neftin qiymətinin 51-52 dollar arasında dəyişməsi bu ölkələrə öz xərclərini qarşılamağa imkan verir. Hazırda ən pis situasiya Nigeriyadadır. Öz büdcəsini balanslaşdırmaqdan ötrü Nigeriya neftini 139 dollara satmalıdır.
“Fiç”in dövlətlərin büdcəsində defisit yaranmaması ilə əlaqədar olaraq hər ölkə üçün müəyyənləşdirdiyi neft qiymətlərini təqdim edirik:
Nigeriya – 139 dollar
Anqola – 84 dollar
Oman – 82 dollar
Səudiyyə Ərəbistanı – 75 dollar
Rusiya – 74 dollar
Qazaxıstan – 72 dollar
Qabon – 71 dollar
Azərbaycan – 66 dollar
İraq – 66 dollar
Birləşmiş Ərəb Əmirlikləri – 61 dollar
Konqo – 60 dollar
Qətər – 52 dollar
Bəhreyn – 51 dollar
Küveyt – 45 dollar