NAZİR TİKİNTİNİ DAYANDIRA BİLMƏDİ! – Direktor müavini nazirliyi təkzib etdi

0
647

Xəbər verdiyimiz kimi, Təhsil naziri Mikayıl Cabbarov Bakı Qida Sənayesi Kollecinin həyətində aparılan tikintiyə biganə yanaşdığı üçün kollecin direktoru Anar Mayılovu vəzifədən azad edib. Bundan başqa, bildirilib ki, tikinti səbəbindən kollecin divarlarında və tavanında çatlar yaranıb. Bu səbəbdən nazir tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında məsələ qaldırıb.

“Qafqazinfo”nun əməkdaşları bu gün Bakı Qida Sənayesi Kollecinə baş çəkib. Məlum olub ki, tikinti işləri davam edir, ərazidə fəhlələr işləyirdi. Kollecin direktor müavini Əmirxan Zeynalov isə tikinti gedən ərazinin kollecin həyəti olmadığını bildirib:
“Hazırda tikinti gedən ərazidə yaşayış binaları var idi. Şirkət binaları alıb, sakinlərin də hər birinə 300 manat verib kirayəyə çıxarıb. Deyildiyi kimi, həmin ərazi kollecin həyəti deyil. (Təhsil Nazirliyi isə yaydığı məlumatda tikinti aparılan yerin kollecin həyəti olduğunu bildirmişdi-red.) Direktor kimdir ki, sənədli sübutlu iş görən adamlara tikintini dayandırmağı əmr etsin? Əslində, Anar müəllimin çıxarılmasına səbəb tikinti deyil. Direktor nazirliyin icazəsi olmadan texnikumu Qaraçuxura köçürmüşdü. Nazir bunu biləndə onu çıxartdı, həmin gün yerinə yeni direktor təyin olundu”.

Direktor müavini hazırda kollecdə hər hansı bir təhlükəli vəziyyətin də olmadığını qeyd edib:

“Bizim Keşlədə başqa bir korpusumuz da var. Tikinti şirkəti kollec üçün üçmərtəbəli qəşəng bir bina tikmək istəyirdi, təklif elədilər ki, ora köçək. Onlar da burada işini rahat görsün. Nazirlik razı olmadı. Hazırda binada hər hansı təhlükəli vəziyyət, çatlar yoxdur. Xırda bir-iki çat var, onlar da zəlzələdən yaranıb”.

Nazir kollecin həyətindəki tikintini dayandıra bilmədi -  Fotolar

Keçmiş direktorun onlara qarşı çox yaxşı olduğunu bildirən kollec tələbələri də Anar Mayılovun işdən çıxarılmasına təəssüfləndiklərini ifadə ediblər.

Qeyd edək ki, tikintini “İnteks MMC” şirkəti həyata keçirir.

Nazir kollecin həyətindəki tikintini dayandıra bilmədi -  Fotolar

BIR CAVAB BURAXIN