Polşanın müdafiə naziri Antoni Maçereviç Qərbə xəbərdarlıq edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, nazir Rusiyanı dünyaya ən böyük təhdid adlandırıb.
“Rusiya xalqına böyük hörmətimiz var. Amma bu, o faktı aradan qaldırmır ki, Rusiya dünyanın təhlükəsizliyi üçün ən böyük təhdiddir”, – nazir bildirb.
Polşa siyasətçisinin fikrincə, NATO-nun şərq cinahda gücləndirilməsi hərbi ittifaqın inkişaf tarixində yeni mərhələdir və onun arxitekturasını dəyişdirir.