Nazəninin prodüseri: “Elə eləmə ki, intim mesajlarını yayaq”  

0
670

Təranə Qumral bu gün “ARB” telekanalında yayımlanan “Səhər-Səhər” verilişində həmkarı Nazənindən üzr istəməyəcəyini deyib.
T. Qumral “Qanun budursa, mən ikiəlli razıyam. Amma assalar da, kəssələr də, məni həbs etsələr də, ölkədən kənara buraxmasalar da, üzr istəməyəcəm”, – deyə bəyan edib.
 Yenicag.az-a açıqlama verən Nazəninin prodüseri Pərviz Fəqan qarşı tərəfə cavab verib: “Təranə Qumral necə üzr istəməyəcək ki, o, indiyə qədər 4500 manat cərimə ödəyib. Ölkədən çıxışına qadağa qoyulub. Burdan ona səslənirəm, elə eləmə ki, Nazənin xanımın ərinə yazdığın intim mesajlarını üzə çıxaraq. Vaxtilə Nazənin xanım efirdə demişdi ki, Təranə Qumralı ərimlə tutmuşam. Bu, məhkəmədə sübut olundu. O qadın özünü biabır edib. İndi nə istəyir?”

BIR CAVAB BURAXIN