Naxçıvan və Acarıstan büdcələrinin müqayisəsi

0
562

Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Naxçıvan Muxtar Respublikanın (MR) yeni açıqlanan 2017-ci il büdcəsi ilə bağlı dəyərləndirmə aparıb.

Bu il Naxçıvan MR-nın büdcəsinin xərcləri 348 milyon 400 min manat proqnozlaşdırılır. Muxtar respublikanın yerli gəlirləri isə cəmi 69.5 mln. manat olmalıdır. Mərkəzi büdcədən 278.9 mln. dotasiya alınmalıdır.

«Rəsmi rəqəmlərə görə, MR-da 439 min 800 əhali yaşayır. Belə çıxır ki, hər bir naxçıvanlı büdcənin gəlir hissəsində bir ildə 158 manat, bir ayda isə 13 manat paya malikdir. Gürcüstanın Acarıstan Muxtar Respublikasının əhalisi 376 mindir. Mərkəzi hökumətdən 1 lari də dotasiya almırlar. 2017-ci ilin büdcə gəlirləri 215 mln. laridir (rəsmi məzənnə ilə 150 mln. manata yaxın). Hər bir acarın büdcədə illik payı bizim pulla, təqribən, 400 manatdır»,-deyə iqtisadçı yazır.

XATIRLATMA

Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi yanvarın 7-si təsdiqlənib

Naxçıvan MR-nın 2016-cı il dövlət büdcəsinin gəlirləri 69 milyon manat, xərcləri isə 351 milyon 350 min manat proqnozlaşdırılmışdı. Ötən il Naxçıvana 282 milyon 350 min manat dotasiya ayrılıb.

BIR CAVAB BURAXIN