NATO Gürcüstanın sahil-mühafizə infrastrukturunun inkişaf etdirilməsinə yardım edəcək

0
621

NATO Gürcüstanın sahil-mühafizə xidməti infrastrukturunun və Qara dənizdəki hərbi-dəniz güclərinin möhkəmləndirilməsinə yardım edəcək.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri NATO baş katibi Yens Stoltenberq deyib. O, NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin 4-5 dekabr tarixlərində baş tutacaq növbəti toplantısı ərəfəsində keçirdiyi mətbuat konfransında Gürcüstana hərtərəfli dəstəyin davam etdiriləcəyini xüsusi qeyd edib: “Biz Gürcüstanın hərbi-dəniz qüvvələrinin modernləşdirilməsi və onun sahili-mühafizə xidməti infrastrukturunun daha da  gücləndirilməsi üzərində işləyirik”.