Bu ilin mart ayında keçirilməsi nəzərdə tutulan “NATO-Gürcüstan 2019” hərbi təlimlərində 22 ölkə iştirak edəcək.
Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Gürcüstan müdafiə naziri Levon İzoriya deyib: “Bu günə kimi 22 ölkə mart ayında keçirilməsi nəzərdə tutulan “NATO-Gürcüstan2019″ komanda-qərargah hərbi təlimlərində iştirak etmək arzusunda olduğunu bildirib”.
O qeyd edib ki, hərbi təlimlərdə NATO Baş katibi Stoltenberq də qonaq qismində iştirak etmək niyyətindədir.
Xatıraladaq ki, bu ilin yanvar ayının 23-də Stoltenberq Gürcüstan prezidenti Salome Zurabişvili ilə Brüsseldə birgə keçirilən mətbuat konfransında mart ayında Tbilisiyə səfər edəcəyini və orada keçiriləcək hərbi təlimləri müşahidə edəcəyini bildirib.