NATO-dakı Türkiyə qalmaqalıyla bağlı son məlumat: Qadın imiş…

0
633

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotolarının seçilməsi ilə bağlı yeni məlumat üzə çıxıb.

Norveçdəki biabırçılığı aşkar edən hərbçinin adı açıqlanıb.

Həmin şəxs Türkiyə Silahlı Qüvvələrinin qadın hərbçisi Əbru Nilhan Bozqurd olub.

Bozqurdun keçmişi ilə bağlı Türkiyənin “Habertürk” qəzeti bəzi məlumatlar əldə edib. Qadın uzun müddət çətinliklər içərisində yaşayıb. FETÖ-çular tərəfindən ittiham edilərək 5 il 10 ay həbs cəzası yaşayıb. 2013-cü ildə azadlığa çıxıb.

Daha sonra Türkiyə Konstitusiya Məhkəməsi Bozqurdun səbəbsiz həbs olunduğunu təsdiq edib.Teleqraf.com

BIR CAVAB BURAXIN