NATO üç Baltikyanı ölkədə və Polşada 4 hərbi batalyon yerləşdirmək niyyətindədir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bəyan edib.
O bildirib ki, NATO hərbçilərinin məsləhətinə əsasən, Alyans rotasiya prinsipləri əsasında Baltikyanı ölkələrdə və Polşada çoxmillətli batalyonların yerləşdirilməsini qərara alıb.