NATO Əfqanıstan ordusuna 2024-cü ilə kimi maliyyə yardımı göstərəcək

0
722

NATO Əfqanıstan ordusuna 2024-cü ilə kimi maliyyə yardımı göstərəcək.

Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO Baş katibi  Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında Əfqanıstan prezidenti Əşrəf Qəni deyib. Onun sözlərinə görə, Əfqanıstanın təhlükəsizliyi, həm də NATO-nun təhlükəsizliyi deməkdir

Öz növbəsində NATO Baş katibi Stoltenberq bildirib ki, hazırda 39 ölkədən 16 min hərbi instruktor “Qətiyyətli dəstək” missiyası çərçivəsində əfqan hərbçilərinə təlim keçirlər. O deyib ki, Əfqanıstan ordusu üçün əsasən xüsusi təyinatlıların və hərbi aviasiya qüvvələrinin hazırlanmasına üstünlük verirlər.  Stoltenberq bu yardımların 2024-cü ilə kimi davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, hər il koalisiya ölkələri tərəfindən Əfqanıstana 4 milyard dollar  yardım göstərilir. Bu vəsaitin 1 milyard dolları NATO üzvü olan ölkələrin, 3 milyardı isə ABŞ-ın payına düşür

 

 

BIR CAVAB BURAXIN