Amerika Milli Kosmik Agentliyi (NASA) Yer kürəsinə oxşar yeddi planet tapıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda NASA-nın press-relizində bildirilir.
Bu planetlərdən üçü “həyat zonası”nda yerləşir. Astronavtlar müəyyən ediblər ki, bu üç planetdə maye su və sıx atmosfer var.
“Exoplanet” adlandırılan və Günəş sistemindən kənarda yerləşən bu planetlər Yer kürəsindən 40 işıq ili uzaqlıqdadır. Planetlər “Trappist-1” adı verilən ulduzun orbitindədir.
“Trappist-1”in kütləsi aşağı olan soyuq bir ulduz olduğu təxmin edilir.
Ömər