NASA-dan Türkiyəyə SOS: Fırtına, dolu, leysan…

0
728

Türkiyədə şiddətli hava hadisələri daha çox yaşanacaq. İstiləşmənin təsiri daha çox şəhərlərdə görünəcək. Bunun səbəbi intensiv betonlaşmadır.

Bu sözləri NASA-nın hava eksperti Timoti Hall Türkiyədə, xüsusən İstanbulda son zamanlar tez-tez yaşanan dolu, fırtına, sel kimi təbiət hadisələrinin səbəbləri barədə danışarkən deyib:

“İstanbulda yaşananların bir səbəbi də qlobal istiləşmədir. Qlobal istiləşmə şiddətli yağışları daha yüksək həddə çatdırır. Eyni şeyləri göy gurultusu və ya dolu ilə bağlı da demək olar. Yalnız Türkiyədə deyil, dünyanın bir çox yerində də bu tip hadisələr getdikcə artmaqdadır. Qlobal istiləşmə daha çox su buxarının yaranmasına zəmin yaradır. Nəm isə göy gurultusu və leysan yağışların yağmasına səbəb olur. Qısa şəkildə desək: su buxar formasında artır, küləklər sürətlə bir yerə toplanır, hava sürətlə yuxarı qalxır, buxar soyuyur və yağış olaraq geri qayıdır. Yağdıqdan sonra isə daha çox istiliyə səbəb olur. Nə qədər çox buxar olsa, şiddətli hava hadisələrinin də ehtimalı artır.

Aralıq dənizi sahilləri barədə xəbərdarlıq

Xüsusən Aralıq dənizi sahillərində fırtına və buna bənzər hadisələr artacaq. Əlbəttə, Meksika körfəzindəki kimi fırtına və burulğanlardan bəhs etmirəm, amma kəskin hava hadisələrində artım qeydə alınacağı bir həqiqətdir. Bütün bunlar dəniz səviyyəsini artıra və sahillərdə selə səbəb ola bilər. Bir çox şəhərlərdə sel və daşqınların səbəbi kəskin yağışlardan daha çox betonlaşmadır. Bilirsiniz ki, torpaq kəskin yağışın böyük bir hissəsini içinə çəkir. Ancaq torpaq yerinə beton və ya asfalt qoysanız, su toplanır”. (axar.az)

BIR CAVAB BURAXIN