Nəqliyyatda da gediş haqqı qalxacaq – Yeni qiymət artımının anonsu verildi

0
658

11

“Qiymət artımı prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq”.Bunu BakıPost.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, qaz və işığın qiymətinin artırılması gözlənilən idi: “2016-cı ilin büdcə sənədində bu barədə qeyd olunmuşdu. Qısaca onu bildirim ki, artım prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq. Səbəb kommunal xidmətlərin düzgün idarə edilməməsi səbəbindən maya dəyərinin daim şişməsidir. Bu qurumların fəaliyyətində şəffaflıq yoxdur və vəsaitlər səmərəsiz xərclənib. Dövlət büdcəsinin dəstəyi azaldıqca qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasını və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər”.

Samir Əliyev qeyd edib ki, kommunal sektorda islahatlar aparılmalı və özəl sektorun cəlbinə diqqət artırılmalıdır: “İlk olaraq qaz paylaması işi SOCAR-dan geri alınmalı, yeni paylayıcı şirkət yaradılmalıdır”.

İqtisadçı vurğulayıb ki, hazırda qiymət artımı ilə bağlı növbə nəqliyyat sektorunundur: “Bu sektorda qiymət artımı zaman məsələsidir. Görək hökumətin əhliyə “yeni il hədiyyəsi” nə vaxt olacaq?”

Qeyd edək ki, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb

BIR CAVAB BURAXIN