Ev Xəbərlər Mustafa ilə arvadının ayrılıq səbəbi başqa imiş

Mustafa ilə arvadının ayrılıq səbəbi başqa imiş

0
682
Mustafa ilə arvadının ayrılıq səbəbi başqa imiş
9 illik ailə həyatından sonra ayrılmaq qərarına gələn müğənni Mustafa Sandalla həyat yoldaşı Eminanın boşanma səbəbi məlum olub.

Arazinfo.com Axşam.az-a istinadən xəbər verir ki, cütlük əslində Eminanın vətəni Serbiyaya dönüb orada müğənnilik etmək səbəbindən boşanmır. Ayrılığa səbəb, Mustafanın bədxərc olan arvadının çox pul xərcləməsidir.

Belə ki, Emina Mustafa ilə birlikdə 2010-cu ildən yaşadıqları villanı hər il yenidən dizayn etdirirmiş. 1,5 milyon dollar aldığı evə dizayn pulu verməkdən bezən Sandal xanımı ilə mübahisə edib. Evi tərk edən Mustafa arvadından boşanmaq üçün məhkəməyə müraciət etsə də, Emina ondan ayrılmaq istəmir.

BIR CAVAB BURAXIN