Musabəyov: “Bunu onların gözlərinə soxmaq lazımdır”

0
713

İndiki halda İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağla bağlı xüsusi toplantı keçirməsinə ehtiyac yoxdur. Bu təşkilat toplandı və qərar verdi ki, Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyırlar. Bu qərardan sonra Qüds Fələstinin paytaxtı oldumu?

Arazinfo.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “Qüdslə bağlı xüsusi toplantı keçirib Fələstini dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatı BMT qətnamələrini yerinə yetirməyən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı da xüsusi bir toplantı keçirə bilərmi” sualına cavabında deyib.

Musabəyov deyib ki, İslam Əməkdaşlıq Təşkilatının toplanıb Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasını elan etməsinə ehtiyac yoxdur:

“Çünki BMT Təhlükəsizlik Şurasının bununla bağlı qərar və qətnamələri var. Üstəlik İslam Əməkdaşlıq Təşkilatının toplantılarında da Dağlıq Qarabağla bağlı qərarlar olub. Sabah hansısa dövlət durub Dağlıq Qarabağın müstəqilliyini tanısaydı, şübhəsiz ki, bizim İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısını tələb etmək üçün səbəbimiz olardı. Bu situasiya olmadığı təqdirdə İslam Əməkdaşlıq Təşkilatının toplantısını çağırmaq üçün təşəbbüslə çıxış etməyə nə ehtiyac var? Əslində belə vəziyyət yaranarsa, Azərbaycan və ya Türkiyə təşəbbüslə çıxış edə bilər. Lakin bunun üçün səbəb olmalıdır. Səbəb olmayan yerdə belə təşəbbüslə çıxış etməyə dəyməz”.

Musabəyov bildirib ki, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının toplantısında Dağlıq Qarabağla bağlı fikirləri, Ermənistanın bir sıra müsəlman ölkələri ilə əlaqə qurduğunu açıq deməsi əhəmiyyətli addımdır:

“Bəli, bunları demək, gözlərinə soxmaq lazımdır. Ad çəkilməsə də, bəllidir ki, söhbət hansı ölkədən gedir. Hətta erməni mətbuatı yazır ki, bu ölkə ilə hərbi əməkdaşlığa hazırlaşırlar və s. Qüdsə görə yaxasını cıran ölkə digər müsəlman ölkəsi ilə bağlı da eyni hərəkəti nümayiş etdirməlidir”.

Politoloq deyib ki, Ermənistan bəzi müsəlman ölkələri ilə əlaqələr yaratmağa çalışır və Azərbaycan rəhbərliyinin bəyanatı da təsadüfi deyil:

“Bu, təkcə İran deyil. Məsələn, Livan var. Eyni zamanda Küveytdə də Ermənistanla yaxınlaşma var. Misirin də adını çəkmək olar. Bunlar varsa, demək lazımdır. Qüdsə həmrəylik tələb edən ölkələr bilməlidirlər ki, əslində, həmrəylik birtərəfli olmur”.

BIR CAVAB BURAXIN