Müsəlmanlar sığınacaq almaq üçün xristianlığı qəbul edirlər

0
715

Almaniyada sığınacaq istəyi rədd edilən 200-dən çox qaçqın keçirilən xüsusi mərasimlə xristianlığı qəbul edib.

 AzEuroNews.com–un verdiyi məlumata görə, paytaxt Berlindəki kilsələrin birində baş tutan xüsusi mərasimlə 200-dən çox Əfqanıstan və İran İslam Respublikasından olan qaçqınlar dinlərini dəyişərək xristinalığı qəbul ediblər.

Alman mediasının yazdığına görə, onlar hesab edirlər ki, bu əməllərinə görə, kilsənin xüsusi qorunmasından yararlanacaqlar və deportasiya ilə bağlı qərarları ləğv olunacaq. Çünki onların əksəriyyətinin deportasiya edilməsi ilə bağlı qərar var və ölkəni tərk etmələri üçün 1 həftə vaxt verilib.

Məlumat üçün qeyd edək ki, Almaniyada kilsələrin köməyi ilə qaçqın statusu alanların sayının artması hökümətin narazılığına səbəb olub. Almaniyada fəaliyyət göstərən “Legat” hüquq firmasından AzEuroNews.com -a verilən   məlumatına deyilir ki, 2013-cü ildə kilsələrin dəstəyi ilə 162 nəfər, 2015-ci ildə 1015 nəfər, 2016-cı ildə isə 1139 nəfər (onlardan 277 nəfəri uşaqlardır) qaçqın statusu almağa nail olub. 2017-ci ildə sığınacaq axtaranlar himayə üçün Almaniyanın 180 kilsəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının kilsələrə daxil olma və orada qanunsuz yaşayan sığınacaq axtaran şəxsləri ölkədən deportasiya etmək hüququnu qanun məhdudlaşdırmır. Lakin səlahiyyətli şəxslər və orqanlar orta əsrlərdən başlayaraq kilsələrə sığınmaqla bağlı davam edən ənənəni pozmur və bununla da insanların kilsələrə olan ümidlərinə stimul verirlər. Pastor Martin Dudçimanın qeydlərinə görə keşişlər qərar qəbul etməkdə müstəqildirlər və dövlət bu qərarın qəbuluna təsir göstərə bilməz.

2,w=993,q=high,c=0.bild

Almaniyada umumi qaçqın statusu alanların sayı ilə müqayisədə yuxarıda ğöstərilən rəqəmlər olmasa da, bu rəqəm Azərbaycan kimi ölkələrdə ümumi qaçqın statusu almış şəxslərin sayından dəfələrlə çoxdur.

Kilsələrin köməyi ilə qaçqın statusu almağa nail olanların əksəriyyətini əfqanlar, çeçenlər, iranlılar ( iranlıların əksəriyyətini azərbaycanlılar təşkil etsə də, onlar milli mənsubiyyətini iranlı kimi göstərib) təşkil edir.

Əldə etdiyimiz məlumata görə, kilsəyə sığınmaqla qaçqın status alanların arasında həmvətənlərimiz də az deyil.

Kilsələrin himayəsindən istifadə etməklə qaçqın statusu alanların sayının artması Almaniya Hökümətininin narahatçılığına səbəb olub. Buna görə də, Almaniyanın Daxili İşlər Naziri Tomas de Mezer 2017-ci ilin mart ayında Alman kilsələrinin ümumi rəhbəri ilə görüşüb və narahatçılıq yaradan halları müzakirə edib. Nazir bəzi kilsələrin və dini icmaların qaçqın statusunun verilməsi ilə bağlı sui-istifadə hallarına yol verildiyini bildirib.

kilse qacqin qerar neqativ

Eyni zamanda kilsələrdə sığınanların bəzilərinin “Dublin” sazişinin təsirindən əsassız qorunduğu qeyd olunub. Bu görüşdən sonra narahatçılığın aradan qaldırılması üçün elə həmin ayda Almaniyanın Miqrantlar və Qaçqınlarla bağlı Federal İdarəsinin əməkdaşları ilə kilsələrin və dini icmaların əməkdaşları görüşüb və sui-istifadə hallarını detallı müzakirə edilib. Görüşdə “Dublin” sazişinə əməl olunması üçün kilsələrə daxil olan müraciətlərə qısa müddətdə baxılmasının zəruriliyi və bu sahədə kilsələr tərəfindən yol verilən süründürməçilik hallarının aradan qaldırılmasına dair razılıq əldə olunub. Kilsələr tərəfindən qaçqın statusunun alınmasının sayının azaldılması barədə razılıq əldə olunub.

BIR CAVAB BURAXIN